Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı


Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada svetoforları quraşdırıldı.

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud svetofor obyektləri təkmilləşdirilib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilən işlər çərçivəsində kəsişmədə 2 ədəd yeni piyada dirəyi və piyada svetoforu quraşdırılıb. Eyni zamanda, mövcud dirəklərə 2 ədəd yeni piyada bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeni piyada svetoforlarının quraşdırılması Atatürk və Ayna Sultanova parkları arasındakı, həmçinin parkdan digər obyektlərə keçidin piyadalar üçün daha təhlükəsiz və rahat olmasını təmin edib.
 
Top