DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- İyulun 17-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- Axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
- Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
- İyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyulun 17-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
- İyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,3 tona yaxın çəkidə 8209 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
- İyulun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top