DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


İyulun 18-də və 19-da ölkə ərazisində qeydə alınan 95, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.
- İyulun 18-də və 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyulun 18-də və 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
-İyulun 18-də və 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 106 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1,6 ton çəkidə 8720 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 18-də və 19-da ümumi çəkisi 48,7 kiloqrama yaxın narkotik vasitə və 31 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
-İyulun 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 tüfəng və 198 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Top