IV Qlobal Media Forumunun Strateji Hədəfləri

IV Qlobal Media Forumunun Strateji Hədəfləri


Azərbaycanın mədəniyyət paytaxtı Şuşa yenidən qlobal medianın mərkəzinə çevrilərək mühüm bir missiyanı yerinə yetirir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı konseptual çıxışı təkcə medianın deyil, həm də dövlətimizin beynəlxalq informasiya məkanındakı strateji yol xəritəsini müəyyən edir. Bu forum Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazandığı Zəfərin informasiya cəbhəsində davam etdirilməsinin bariz nümunəsidir.

Müasir dövrdə dezinformasiya ilə mübarizə və milli maraqların qorunması informasiya təhlükəsizliyinin əsas komponentləridir. Dövlət başçısının forumda vurğuladığı kimi, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq və bölgədə yaranmış yeni reallıqları beynəlxalq ictimaiyyətə düzgün təqdim etmək hər bir media mənsubunun və ictimai fəalın borcudur. Şuşa bu gün yalnız tarixi şəhər deyil, həm də qlobal həqiqətlərin səsləndirildiyi güclü bir platformadır.

Forum çərçivəsində aparılan müzakirələr media azadlığı ilə məsuliyyətin vəhdətini bir daha ön plana çıxarır. YAP-ın fəal üzvləri və gəncləri olaraq biz dövlət strategiyamızın əsas hədəflərini rəqəmsal platformalarda daha kreativ və operativ şəkildə təbliğ etməliyik. Şuşa ruhunu və işğaldan azad edilmiş torpaqlarımızdakı möhtəşəm quruculuq işlərini xarici media nümayəndələrinə göstərmək Azərbaycanın sülhməramlı və inkişafyönümlü siyasətini nümayiş etdirir.

Yekun olaraq qeyd etmək olar ki, IV Şuşa Qlobal Media Forumu Azərbaycanın yumşaq güc siyasətinin mühüm tərkib hissəsidir. Müzəffər Ali Baş Komandanın liderliyi ilə keçirilən bu tədbir bir daha sübut etdi ki, Azərbaycan hər bir sahədə olduğu kimi, informasiya müharibəsində də mütləq üstünlüyünü qoruyur. Bizim hədəfimiz bu uğurları gələcək nəsillərə ötürmək və beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunu daha da yüksəltməkdir.

Qədirli Aysu
YAP Yasamal rayon təşkilatının fəal gənci
Top