Yetim “ xoşbəxtliyi”
1991-ci ildə ekranlaşdırılan “ Pəncərə” filmi sözün əsl mənasında Azərbaycan kinomatoqrafiyasında uşaq psixologiyasını, cəmiyyətin mənəvi aşınmasını və sosial ədalətsizliyi bütün xırdalıqları ilə əks etdirən bir şedevrdır. Film, xüsusi internat məktəbində yaşayan uşaqların acı taleyini və onların bu müəssisənin işçiləri, eləcə də böyüklər dünyası ilə olan mürəkkəb münasibətlərini mərkəzə alır.
Filmdə hadisələr Əhsən adlı bir uşağın atası və quzusu ilə birlikdə internata gəlməsi ilə başlayır. Quzunu yadda saxlamağınızı tövsiyə edirəm. Başda internatda yer olmadığını desələr də biraz “hörmətdən” sonra Əhsən orda qalmağa başlayır. Əhsən internatın qapısından içəri girdiyi andan etibarən digər uşaqlar kimi dərin bir kədər yaşayır. Lakin onun daxilində sönməyən bir çıraq var: atasının bir gün geri dönüb onu bu soyuq divarlar arasından götürəcəyi ümidi. Bu an, filmin əsas ideya xəttinin — ümid və xəyalqırıqlığının başlangıcıdır.
Filmdə təkcə Əhsənin deyil, digər uşaqların həyatı da ciddi cəhdlə işlənilib. İnternatdakı bəzi uşaqlar ümidlərini tamamilə itirib bədbinliyə qapanıblar, bəziləri isə hələ də bir damcı ümidə sarılaraq yaşamağa çalışırlar. Əhsən üçün isə hayatın acı reallığı dözülməz olur. Atası tərəfindən tərk edildiyini tam anladığı an, onun daxili dünyası çökməyə başlayır və bu travma faciəvi şəkildə onun ölümü ilə nəticələnir. Əhsənin ölümü sadəcə bir uşağın fiziki itkisi deyil, böyüklərin yalanları qarşısında uşaq ümidinin qətlə yetirilməsidir.
Filmdə xüsusi olaraq tənqid olunan əsas mənəvi problemlərdən biri satqınlıq və yalandır. Bu xətt Ceyhun obrazının üzərində mükəmməl şəkildə işlənmişdir. Ceyhun 2 aydır burda olsa da heç kəsə çox da qaynayıb qarışmır. Ədalətsizliyə isə heç dözümü olmur. Elə bu səbəbdən Köçərinin gözünə ala-bula görünməyə başlayır. Onların arasındakı sərt dialoqdan sonra isə Ceyhun Köçərinin siqaret çəkməsini bilsə də, dayə Nəsibə əsla onu satmır:
— Çox ağıllı oğlansan. İylə gör kimin üstündən siqaret iyi gəlir?
— Mən milis iti deyiləm.
Bu cümlə uşaqlar arasındakı dostluq kodeksinin və ləyaqətin aliliyini göstərir. İnternatın ağır şərtləri içərisində uşaqlar arasında formalaşan dostluq və bacı-qardaşlıq münasibətləri filmin ən isti, eyni zamanda ən kədərli tərəfidir. Bu baxımdan Köçəri obrazı xüsusi diqqət çəkir. Köçəri üsyankar, sərt, lakin eyni zamanda dərin dostluq hissinə malik bir obrazdır. Hərəkətlərini analiz etdikdə onu qınamağın mənasız olduğunu görürük. Axı bu uşaqlar kimdən tərbiyə götürməli idilər? Hər dəfə yalan danışıb, onlara baş çəkməyə gəlməyən atalarından? Ya uşaqları təhqir edib, müdürlük xəyalları quran dayə Nəsibdən? Unutmuşdum, və yaxud qadınları aşağı görən və təcavüz etməyə çalışan qanun keşikçisi milislərdən? Ümumi mənzərəyə uşaqların əməyi sui-istifadə edildikdə, onlara qarşı alçaldıcı və sərt rəftar olunduqda Köçərinin haqqını tələb etməsi, sistemə qarşı çıxması daxili ədalət hissindən xəbər verir. Bəlkə də onun seçdiyi üsyan yolları cəmiyyət tərəfindən "doğru" və ya "uğurlu" sayılmır. Amma kənar şəxslər tərəfindən "bədbəxt" adlandırılan bir uşaq üçün qaranlıqlar içində bu yol tək aydınlıq işığıdır. Elə bu məqamda filmin fəlsəfi zirvəsi olan Nəsib müəllimin o unudulmaz sualı boy gösterir:
"— Doğrudan görəsən bu uşaqlar bədbəxtdilər, ya xoşbəxt?"
Əfsanəvi piyoner qalustuku dialoqu da bu filmdən alınmadır. Əhsənin ölümündən sonra müstəntiq və polislərin sorğu-sualı zamanı Ceyhuna: "—Sən qırmızı qalstuk taxırsan, yalan danışmamalısan"— deyə təzyiq edildikdə, Ceyhunun verdiyi cavab filmin ən böyük psixoloji vurğusuna çevrilir:
"— Deyirəm axı, niyə böyüklər qırmızı qalstuk taxmır?"
Bəs onların hər şeylə təmin olunması mənəvi boşluqlarının cəriməsini ödəyirmi? Çox sadə misalla Qumralın bütün məsuliyyətini balaca yaşından qardaşının hiss etməsi, bu mənəviyyatın necə böyük boşluqda olduğuna dəlalət edir. Quzunu xatırlayın…
Əhsən özünü “pəncərədən” atdıqdan sonra quzunu kəsib yedilər. İş də ordaca həllini “tapdı”. Uşaqlar isə bir daşla həmin “pəncərəni” yenidən sındırdılar. Bu o deməkdir ki, bu sistem davam etdikcə hələ çox “ Əhsənlər” həyatını itirəcəklər. İndi siz deyin…
Yetim “ xoşbəxtliyini” harda tapır?
Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova