Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb

Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb


Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

EmpaTV xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, "Mercedes" markalı təcili tibbi yardım avtomobili ilə "Chery" markalı nəqliyyat vasitəsi toqquşub. Toqquşmanın təsirindən təcili tibbi yardım avtomobili aşıb.

Qəza nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və "Chery" markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Top