Oğuzda iki avtomobil toqquşub, ölən var

Oğuzda iki avtomobil toqquşub, ölən var


Oğuz rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

EmpaTV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Mercedes" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1987-ci il təvəllüdlü Əbdülrəhim Namizəd oğlu Məmmədəliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Top