DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- İyulun 29-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
- Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.
- İyulun 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının iyulun 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 29-da ümumi çəkisi 10,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
- Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın marixuana və 4 kiloqramdan çox metamfetamin olub.
- İyulun 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 16500 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
- İyulun 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 3 tüfəng aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top