Qaxda baş verən avtoqəzada ölən və xəsarət alanların kimliyi bəlli olub
Qaxda qəza baş verib, ölən var.
EmpaTV-nin məlumatına görə, hadisə iyulun 30-u saat 16 radələrində Qax-Şəki avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "Niva" markalı avtomobillər toqquşub, nəticədə Tacəddin Əhmədov hadisə yerində həyatını itirib.
Baş verən avtoqəzada ölən və xəsarət alanların kimliyi bəlli olub.
Həşimov Xəyal Abdul oğlu, Abdullayev Zaur Səid oğlu və Manafov Novruz Şəmil oğlu xəsarət alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.