Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub
Bərdə rayonunda 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb.
EmpaTV-nin məlumatına görə, hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub.
Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.