Beş nəfər qol çəkib, indi altı…
“Ya dost zənn etdiyimiz insanlar dost maskası geyinən düşmənlərdirsə?”
Bu fikirlə məqaləyə başlamaq özü böyük təsadüfdür. Filmin adını başa düşməniz artıq labüddür. 2005-ci ildən 2006-cı ilə qədər əziyyətli çəkiliş yolu qət edən bu şah əsərin adı “Əlvida, cənub şəhəri” dir. Rüstəm İbrahimbəyovun “Təbəssümlə oyanaraq” əsərinin motivləri əsasında çəkilən və “Bir cənub şəhərində” filminin məntiqi davamı kimi düşünülən filmin çəkiliş adı “Ümid sahili” kimi düşünülüb. Film Beynəlxalq Kinofestivallarda “Ən yaxşı bədii film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktyor”, “Ən yaxşı prodüser işi” və.s nominasiyaları üzrə bir çox mükafatlara layiq görülüb.
Filmin quruluşçu rejissoru Oleq Səfərəliyevlə söhbət edəndə qeyd elədi ki:”Biz bu filmi çəkəndə yoxlanış zamanı çox problemlər yaşadıq. Açıq-saçıq səhnələr çəkildiyini, aşağı səviyyədə bir film olduğunu bəhanə edərək, maneələr törədirdilər. Bütün bu çətinliklərə rəğmən film çəkildi, uğurla yayımladı, milli və beynəlxalq kinofestivallarda mükafatlandırıldı da ”. Oleq bəyin bu fikrini dərindən anlamaq üçün filmi diqqətlə izləyib, analiz etmək gərəkir. Film 90-ci illərin sökülmüş köhnə Bakı küçələrinin görüntüsü ilə başlayır. Amma bu başlanğıc özü bir son idi.
Filmdə “ Qaya” Vokal Kvartetinin iştirak etməsi və bir neçə səhnədə ifaları ilə işıqlandırılması, səsləndirilən mahnılarda sevilən şair Ramiz Rövşənin yaradıcılığına müraciət edilməsi Bakının incəsənət və mədəniyyət yönümlü, yeniliklərə açıq bir şəhər olmağına incə bir toxunuşla işarədir. Ssenari müəllifi Rüstəm İbrahimbəyov tərəfindən filmdə 1990-cı illər Bakısı çox detallı və xırdalıqları ilə təsvir edilmişdir. Bəs necə idi 1990-cı illərin Bakısı?
Bir tərəfdə yurd-yuvalarından məcburi şəkildə didərgin düşmüş soydaşların ağır dolanışığı və onlara yad olan şəhər mühitinə öyrənə bilməməkləri. Digər tərəfdən beynəlimləl şəhəri kimi tanınan Bakının azsaylı millətlərdən, əsasən də həmin dövrdə bir çoxu üçün heç də xoş qarşılanmayan rus və erməni əsilli sakinləri. Üçüncü tərəfdə isə bu iki tərəfin qarışıqlığından şəxsi mənafeyi üçün faydalanan, əsərdə də Fariz obrazında təqdim olunan işbazlar dayanırdı. Qeyd etmək yerinə düşər ki, Fariz obrazını sənətkar, məşhur aktiyor Fuad Poladov çox məharətlə canlandırıb.
Həmin illərdə filmdə əksini tapan Fariz kimi dələduzlara yamaqçılıq edən yaltaqlar da var ki, bu obrazı- Rzanı sevilən sənətkarımız Fəxrəddin Manafov oynayab. Film əsasən üç obraz ətrafında dövr edir - Fariz, Alik və Rza. Baş qəhrəman, insanpərvər və xeyixah Aliki də unutmamalıyıq. Bu rola həmin dövrdə Rusiyanın əməkdar artisti olan, həmyerlimiz Teymur Bədəlbəyli çəkilib. Məhz bu rola görə bir neçə milli və beynəlxalq mükafatlara layiq görülən aktyora Azərbaycanın Əməkdar artisti adı verildi. Alikin protagonist orazının tam əksi, dövrünün ona verdiyi “səlahiyyətindən” istifadə edən antaqonist oraz Farizdir. Rza isə ömür boyu Alikin ona tapdığı işlərlə yaşamağa çalışan, lakin həyatını qura bilməyən, yaltaq biri idi. Küləklər şəhərini sevgi əfsanəsiz təsəvvür etmək olmadığı kimi, əlbəttə ki, sevib-qovuşa bilməyən bir sevgi – Alik və Mayanın da eşqi filmə maraqlı bir rəng qatır. Ta ki, dost xəyanəti ilə üzləşməyənə və namərdcəsinə aldadılmayana qədər.
Bəli, bir bermud üçbucağı ətrafında cərəyan edən prosseslər filmin aparıcı süjetini təşkil edir. Biz isə unutmamalıyıq ki, xisləti təmiz olmayan insanların kirlətdiyi dostluğu da, sevgini də, mərdliyi də yağış yuyur, gün qurudur.
Gələn nədir, gedən nədir?
Bələk nədir, kəfən nədir?
Bu dünya öz kefindədir,
Yağış yuyur, gün qurudur.
Bu il “Əlvida, cənub şəhəri”nin çəkiliş tarixçəsindən düz 20 il keçməsinə baxmayaraq, yüksək peşəkarlıq əməyinin bəhrəsi olan filmdə qabardılan problem və prosseslər öz aktuallığını hələ də saxlamağı ilə onu bu gün də tələb olunan ən baxımlı Azərbaycan filmləri sırasında ön sıralarda saxlayır. Maraqlıdır ki, üç milli və dörd beynəlxalq mükafat qazanan, sosial mesajlarla zəngin bu uğurlu filmimiz heçb bir yerdə nümayiş olunmur.
“Əlvida, cənub şəhəri” filmi haqqında məqalə-araşdırmamızın başlıq adının niyə məhz o cür yazılmağının marağında olanlara isə kinoya baxmaları tövsiyyə olunur. İzləsəniz, biləcəksiniz.
Pərvanə Eyvazqızı, Şüşəxanım Vəliyeva
