"Falan" yox, Filan!
Son zamanlar hər addımda eşitdiyimiz, oxuduğumuz və dilimizə virus kimi yapışan bir ifadə var: "falan".
"Dərsə gedirik falan..."
"Kitab aldıq falan..."
Eşidəndə qulağı incidən bu lazımsız şifahi vərdişə kiçik bir dilçilik müdaxiləsi etməyin vaxtı çoxdan çatıb.
Əvvəla, qrammatik fakt:
Azərbaycan dilində "falan" deyilən bir əvəzlik və ya söz yoxdur.
Bizim dilimizdə təyini əvəzliklər sırasında tam olaraq bu söz var: filan. (öz, bütün, hər, filan, eyni...)
Filan — konkret adını çəkmək istəmədiyimiz və ya hamıya bəlli olan əşya, şəxs və ya vəziyyəti bildirən tamhüquqlu təyini əvəzlikdir.
"Falan" isə şifahi dildə formalaşmış, nitqin keyfiyyətini aşağı salan iyrənc bir parazit ifadədir.
Biz öz dilimizin gözəlliyini və səlisliyini qorumaq üçün sözləri yerində işlətməliyik. Nitqinizi parazit sözlərlə zibilləməyin! Sadalama edirsinizsə və ya fikrinizi tamamlayırsınızsa, lütfən:
"Falan" deməyin.
Filan deyin.
Dilimizə hörmət etmək elə bu kiçik detallara diqqət yetirməkdən başlayır!
Qədirli Aysu