DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- Avqustun 6-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    
- Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
- Avqustun 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının avqustun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 7,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
- Avqustun 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 69 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 9,4 ton çəkidə 16045 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
- Avqustun 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 3 partlayıcı, 8 tüfəng, 2 patron darağı, 1 mərmi və 333 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top