Qohumunun evindən 4 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 4 min manat olan qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin qohumu 47 yaşlı N.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı müəyyən edilib.
Araşdırma aparılır.
Araşdırma aparılır.