Samuxda qidadan zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb

Samuxda qidadan zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb


Samux rayonunda ət məhsulundan zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı artıb.

EmpaTV-nin Qərb bürosunun məlumatına görə, xəstəxanaya zəhərlənmə ehtimalı ilə bağlı daha 4 nəfər gətirilib.

Həmin şəxslər 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974 cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984 cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bununla da zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb.

TƏBİB-dən bildirilib ki, ötən gün saat 19:00-dan EmpaTV-ninbaşlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub. Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, hazırda pasiyentlərin vəziyyəti stabildir: "Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək".

Top