Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, sakinlərin mənzillərinin açarları təqdim olunub.
EmpaTV xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə 22 ailə - 102 nəfər köçürülüb.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev keçmiş məcburi köçkünlərin qarşılanması və mənzillərin açarlarının təqdimat mərasimində çıxış edərək sakinləri doğma torpaqlarına qayıtmaları münasibətilə təbrik edib.
M.Əfəndiyev Xankəndidə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib:
"Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. Qayıdan sakinlərin rahat və təhlükəsiz yaşamaları üçün Xankəndidə bütün zəruri şərait yaradılıb. Şəhərdə yaşayış binaları ilə yanaşı, sosial və kommunal infrastruktur da yenidən qurulur".