Sumqayıtda kafe yanıb

Sumqayıtda kafe yanıb


Sumqayıt şəhərində fəaliyyət göstərən kafe tamamilə yanıb.

EmpaTV-nin məlumatına görə, hadisə şəhərin Azərbaycan prospektində baş verib.

Hadisə nəticəsində Anar Xanhüseyn oğlu Mirzəliyevin icarədarı olduğu, ümumi sahəsi 200 kvadratmetr olan "Qızıl Qaya" kafesi tamamilə yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Top