Ümid ən sonda ölür…
Ssenarisi Orxan Fikrətoğluna aid olan, 1995-ci ildə çəkilən "Ümid" filmi Qarabağ müharibəsinin təkcə cəbhədə deyil, insanların daxili aləmində açdığı yaraları göstərən ən təsirli ekran əsərlərindən biridir. Rejissor müharibənin dəhşətini top-tüfənglə deyil, bir xəstəxana həyətinə toplaşan insanların gözləntisi və kədəri ilə təsvir edir.
Film şəhərə gətirilən yaralı əsgərlərin gəlişi ilə başlayır. İlk səhnələrdən cəbhənin hərbi həkiminin əsgərlər haqqında olan danışığını eşidirik. Necə yaraşıqlı, əjdaha oğullarımızın olduğunu,lakin müharibədən sonra bədbəxt olduqlarını öyrənirik. Süjetin mərkəzində isə ağır yanıq xəsarətləri almış, üzü-gözü tanınmaz halda olan kimsəsiz bir əsgər dayanır.
Bax,ümid elə bu anda başlayır. Övladı, yoldaşı, qardaşı itkin düşmüş onlarca insan xəstəxana həyətinə toplaşır. Çünki hər kəs o yaralının məhz onun doğması olmasını istəyir. İnsanlar heç tanımadıqları bu gəncin ayılmasını səbirsizliklə gözləyirlər. Bəlkə də həmin an o yaralı əsgər hamının ortaq övladına, ortaq ağrısına çevrilir.
Filmin ən təsirli və insanı sarsıdan məqamı isə həmin əsgər dünyasını dəyişəndən sonra baş verir. Hər kəs meyitə baxıb eyni sözü təkrar edir:
"- Bu mənim oğlum deyil, mənim oğlum yaşayır!"
İnsanlar ölümü öz sevdiklərinə yaraşdıra bilmirlər. Çünki o əsgərin öldüyünü qəbul etmək — öz içlərindəki sonuncu ümid işığını da söndürmək deməkdir. Müharibənin gətirdiyi naməlumluq insana hər gün eyni əzabı yaşatsa da, insan son ana qədər o ümiddən tutunmağa çalışır.
Müharibə,həqiqətən, insanın rənglərini soldurmağı bacaran yeganə vasitədir. Başqa nə hadisə yaşayırıqsa yaşayaq, hər zaman toparlana bilirik. Döyüş isə insandan təkcə sevdiklərini almır, mənəvi olaraq da səndən illərini alır. Çox qəribədir ki, bunu bir anda etmir. Milli-mənəvi dəyərlərlə birlikdə silinməyə məhkum olur insan.
Film təkcə müharibə kədərini deyil, eyni zamanda o çətin dövrdə bəzi insanların necə dəyişdiyini də cəsarətlə göstərir. Filmdəki televiziya işçilərinin davranışı buna bariz nümunədir.
Dövlət adı ilə gəlib can üstündə olan, ağır yaralı əsgəri kameraya çəkən media nümayəndələri üçün vacib olan tək şey var: diqqət çəkmək və reytinq qazanmaq. Vətənin və insanların bu cür ağır günündə başqasının fəlakətini şouya çevirmək filmin toxunduğu ən ağrılı sosial məsələlərdən biridir. Tibb bacısının da dediyi kimi :
"—Onlara insan həyatı yox, şöhrət lazımdır”.
Filmdə diqqət çəkən başqa bir xətt isə varlı bir ata ilə onun cəbhədəki oğlunun münasibətidir. Ata pulunun gücü ilə hər şeyi həll edə biləcəyinə inanan, özünü hamıdan üstün tutan biridir. O düşünürdü ki, pul hər qapını açdığı kimi, insanı bütün bəlalardan da qoruya bilər. Onun qocaya “Sən nə qədər pul verdin içəri girmək üçün”? dediyini görürük. Çox qəribəsi də budur ki, bu sualı verən kişi öz oğlu həbsə getməsin deyə onu əsgərə yollayır. Belə çıxır ki, ən böyük xəyanətkar odur? Tarix təkərrür edir. Dəyişən tək şey aksesuarı fərqli olan “dahilərdir”. Oğlunun cəbhədən yazdığı məktub isə atanın bütün xəyallarını alt-üst edir. Müharibənin sərt üzü ilə qarşılaşan gənc anlayır ki, atasının ona bəxş etdiyi rahat həyat gerçək deyilmiş.
Kimin xəyanətkar olduğunu bilmirəm,lakin son olaraq çox sevimli sətrlərlə yazımı bitirirəm:
Eynəkli cənabla təsbehli ağa
Qalxıb əl də verir biri-birinə.
Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
B.Vahabzadə "Gülüstan"
Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova