Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb

Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb


Nardaranda ayağı su nasosunda qalan azyaşlı ölüb.

Bu barədə EmpaTV-yə FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, əməliyyat sona çatıb. Xilasedicilər, habelə təcili tibbi yardım briqadası tərəfindən görülən operativ tədbirlərə, o cümlədən reanimatoloji müdaxilələrə baxmayaraq, 2022-ci il təvəllüdlü A.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Top