19 yaşlı qadının qətlində şübhəli bilinən qardaşı saxlanıldı

19 yaşlı qadının qətlində şübhəli bilinən qardaşı saxlanıldı


Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb.

EmpaTV-nin məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hacıqabul şəhər sakini, 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qadının qətlində şübhəli şəxs qismində qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Top