Sükutun Səsi
1966-cı ildə çəkilən "Sən Niyə Susursan?" filmi ilk baxışdan sadə bir yol əhvalatı kimi görünsə də, əslində insan mənəviyyatına toxunan çox təsirli bir hekayədir.
Filmin baş qəhrəmanı Rasim avtobus parkında mexanik işləyən, boş vaxtlarında isə quş ovlamaqla başını qatan adi bir gəncdir. Lakin gəncliyin ən böyük səhvlərindən biri onun da başından keçir. O, səhv adama könül bağlayır. Rasim sevdiyi qadının — Sürəyyanın atasının borclarını ödəyə bilməsi üçün riskə gedir və qanunsuz olaraq balıq daşımağa razılaşır. Bu təhlükəli yolda onun gözlənilməz yol yoldaşı isə Cəmilə adlı dinməz-danışmaz bir qız olur.
Cəmilənin bu sükutu təsadüfi deyil. Yetim böyüyən və uşaqlıqdan şiddət görən bu bəxtsiz qız söz demək haqqını, hətta danışmaq bacarığını belə itirib. O elə bir vəziyyətdədir ki, Rasimin onu tanımadığı bir kişinin yanına aparmasına, yad bir evdə saxlamasına belə etiraz etmir.
Amma uzun yol hər şeyi dəyişir. Rasimin yolda darda qalan insanlara əl tutması, hamıya mülayim davranması Cəmilənin insanlara olan inamını yenidən qaytarır. Bəli, bu köməksevərliyə görə yol uzanır və maşındakı balıqlar xarab olur. Lakin Rasim yenə də öz ürəyinin böyüklüyünü göstərir: bəlkə də ömründə ilk dəfə olaraq bu kimsəsiz qıza yeni paltarlar alır və ona bir qadın kimi düşünüldüyünü, dəyərli olduğunu hiss etdirir.
Məhz bu diqqət Cəmilənin içindəki bütün divarları uçurur. İllərdir susan bir qız, ona insan kimi yanaşan bu gəncin arxasınca qaçıb gerçəkləri danışmağı özünə borc bilir. Çünki həqiqi diqqət və səmimiyyət ən dərin sükutu belə pozmağa qadirdir.
Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova