Yeniyetmə bacı-qardaş göldə batdı
İsmayıllıda göldə iki yeniyetmə - bacı və qardaş batıb.
EmpaTV xəbər verir ki, hadisə təsərrüfat əhəmiyyətli göldə baş verib.
Bildirilir ki, yeniyetmələr ehtiyatsızlıq nəticəsində gölə düşüblər.
Onlardan birinin – qızın meyiti sudan çıxarılıb.
Digər yeniyetmənin axtarışları davam etdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.