Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir

Ağdamda 57 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə kürəkəni şübhəli bilinir


Ağdamda qətl hadisəsi törədilib.

EmpaTV-nin əldə etdiyi məlumata görə, hadisə Səfərli qəsəbəsində qeydə baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. E.Qənbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Top
×
Axtarış