Park
1983-1984-cü illərdə ərsəyə gələn və rejissor Rasim Ocaqov və Ssenari müəllifi Rüstəm İbrahimbəyov olan bu film dostluq,eşq və sosial-psixoloji bir neçə qavramı ələ alır. Azərbaycanda yaşayan gənc Marat tək anası ilə qalır. Lakin onun uşaqlıq dostları da var. Digər dostlarının çox yaxşı iş və ailə şəraitləri olsa da Marat anasını itirir, getdikcə çətin həyat yaşamağa davam edir. Dostları ilə universitetin tələbə yataqxanasında vaxt keçirmək üçün Rusiyaya gələn baş qəhramanımız dostunun paxıllığı ucbatından çöldə qalır. Bu o demək deyil ki, onun dostu tamamiilə haqsız idi. Sadəcə ancaq özünü düşünür, dost-tanışı hər zaman özündən çox sonraya qoyurdu. Marat həmin günü qohumu gildə qalmağa gedir. Qohumu Gena ilə tanış olduqdan sonra birlikdə rəssam bir qadının evinə gedirlər. Çox təəssüf ki, ortaya çıxır ki,Gena orda Vika adlı bir qıza kobud davranır və ən önəmlisi onunla birlikdə olurmuş.Buna dözə bilməyən Marat bu şəhərdən çıxıb gedir. Lakin bir müddət sonra Vika onun yanına gəlir. Hərçənd Vika ən başdan Marata onunla getmək istədiyini demişdi. Lakin Marat qarşı çıxmışdı. Vika bir neçə günlük gəldiyini desə də 1ay orda qalmağa davam edir. Marat isə onu hər kəsdən gizlədir, güclə sonradan dostları ilə görüşdürür. Vika hər dəfə ondan bir addım gözləyir. Çünki ikisi də çox yalqız idilər və o düşünürdü ki, ikisi də bir-birlərinə ailə olacaqlar. Vika isə Maratın dostunun evlilik təklifini dəyərləndirir və onunla evlənir. Marat isə sanki yuxudan ayılır və onunla danışmağa gedir.
-Bəs sən məni sevirdin axı?
-Elə bir şey olmuyub.
Bu replikalar elə məhz bu filmdən alınmadır. İllər sonra isə həmin dost Maratdan layihəsini yerinə yetirməsi üçün xahiş edir. Başlarda israr etsə də dostuna və ən əsası yarım qalan eşqinə qıya bilmir. Marat sonra yarım qalan eşqinin xatirinə bütün hisslərini başqa bir qadının ürəyindəki istiliyə təslim edir. Yarım qalmış heç nəyin çarəsi yoxdur…. Əgər eşqdirsə…
Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova