Havalanan "Misri"
“Misri qılınc” - “Misri” hava...
Dedim:
-Oğul, niyə belə gedirsən?
O, “Misri” havasını çox sevirdi, dedi:
-Ana, bir “Misri” havası qoyuram, oynayım, sonra gedim.
-O vaxtdan hər toyda mənim oğlumun adına bir “Misri” havası çalınır, oynanılır. İndi oğlumsuz da qolumu qaldırıb, bir “Misri” oynayacam. – dedi Şəhid anası.
Qollarını əzəmətli qartal qanadı kimi qaldırıb, süzdü mağarda.
Bu musiqi deyildi, qılınc cingiltisi, at kişnərtisi, qumbara partlayışı, pulimyot gurultusunun səsi gəlirdi havadan. Heç rəqs edənlər də adi insanlar kimi görünmürdü – tankçısı, topçusu, əsgəri, generalı vardı.
“Misri”nin sədası altında havalanıb göyə qalxan o qollar şəhid balasının ruhunu qucaqlayırdı. Onunla qarşı-qaşıya, ağlaya-ağlaya “rəqs” edənləri görmürdü, ancaq oğluna baxırdı o gözlər. Ana-bala “Misri”də qovuşurdu. İllər əvvəl yarımçıq qalan o rəqs hər toyda tamamlanırdı, hər dəfə də meydanda iki nəfər olurdu – birinin cismi torpağın üstündə, ruhu göyün altında, digərinin cismi topağın altlnda, ruhu göyün üstündə. Sanki ölüm yalnız bir addımlıq ayrılıq idi, “Misri” isə ayrılığı yox edən yol...
Torpaqla göy arasında, göz yaşları ilə qürurun arasında, ölüm ilə əbədiyyətin tam ortasında...
Hardasa yenə bir ana öz şəhid oğlu ilə “Misri” oynayır.
Pərvanə Eyvazqızı