DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- Sentyabrın 10-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 136 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    
- Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
- ️ Sentyabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- ️ Polis əməkdaşlarının sentyabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da ümumi çəkisi 51,6 kiloqram narkotik vasitə və 381 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
- Sentyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 19 tüfəng, 1 patron darağı və 18 ədəd patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Sentyabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,3 ton çəkidə 1003 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Top
×
Axtarış