Sənayedə Yeni Strateji Mərhələ: Qeyri-Neft Sektorunun Yüksəliş Xətti

Sənayedə Yeni Strateji Mərhələ: Qeyri-Neft Sektorunun Yüksəliş Xətti


Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və “2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu sübut edir. Dövlət başçısının çıxışında vurğulanan əsas hədəf xammal asılılığını minimuma endirmək, yerli resurslar əsasında tam zəncirvari emal sənayesini qurmaq və ixrac potensialını dəfələrlə artırmaqdır. Xüsusilə azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun zəngin metal filizi yataqlarının zəmanətli və müasir texnologiyalarla istismara cəlb olunması regionun iqtisadi xəritəsini kökündən dəyişir. Müşavirədə qoyulan tapşırıqlar göstərir ki, dağ-mədən sektoru yaxın illərdə qeyri-neft sənayesinin ən əsas drayverinə və yeni iş yerlərinin təməl mənbəyinə çevriləcək. Sənaye sahələrinə ekoloji standartlara cavab verən innovativ texnologiyaların tətbiqi dövlətimizin dayanıqlı və inkişaf strategiyasına sadiqliyini növbəti dəfə nümayiş etdirir. Metal filizlərinin ölkə daxilində son məhsul səviyyəsinə qədər emal edilməsi həm yerli istehsalı gücləndirir, həm də xarici bazarlardan asılılığı ciddi şəkildə azaldır. Dövlət Proqramının reallaşması sənayenin şaxələndirilməsi ilə yanaşı, respublikamıza qlobal investorların marağını daha da artıracaq strateji addımdır. Prezidentin bu sahəyə xüsusi diqqəti Azərbaycanın iqtisadi suverenliyini və uzunmüddətli geoiqtisadi gücünü möhkəmləndirmək məqsədi daşıyır. Qəbul olunan qərarlar və müəyyənləşdirilən hədəflər ölkəmizin sənaye potensialını qlobal rəqabətədavamlı səviyyəyə qaldırmağa hesablanıb. Biz gənclər də dövlətimizin iqtisadi qüdrətini artıran bu cür strateji uğurları və böyük sənaye layihələrini ictimaiyyətə təbii, aydın və dürüst dildə çatdırmağa davam edirik.

Qədirli Aysu
Top
×
Axtarış