Bitməyən intizar
Azərbaycan kinematoqrafiyasının qısametrajlı incilərindən biri olan "İntizar" filmi rejissorTofiq İsmayılovun yazıçı Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi əsasında ərsəyə gətirdiyi diplom işidir.1969-cu ildə ərsəyə gələn "İntizar" filmi cəmi 19 dəqiqədən ibarət olsa da, tamaşaçı ruhunda buraxdığı ağır, dərin və kədərli izlərlə tammetrajlı bir ekran əsərinin gücünə sahibdir. Film 1919–1920-ci illərin turbulent, qeyri-müəyyən və gərgin ictimai-siyasi ab-havasında və sosial ədalətsizliyin girdabında yaşayan gənclərin və onların ailələrinin taleyini işıqlandırır. Bu balaca zaman kəsiyində rejissor bir xalqın keçmişini, sosial bəlalarını və bir ananın bitmək bilməyən daxili fəryadını sənətkarlıqla ümumiləşdirə bilmişdir.
Film əsas qəhrəman Fərhadın həbsdən qaçaraq anası ilə son dəfə görüşməsi və dalğalı dənizə doğru yola çıxması ilə başlayır. Bu səhnə elə ilk dəqiqələrdən filmin emosional tonunu müəyyənləşdirir. Rejissor burada dənizi sadəcə bir təbiət elementi kimi deyil, fəlakət və itki simvolu kimi təqdim edir. Yoldaşını vaxtilə dənizdə itirmiş ananın daxili sarsıntısı, eyni amansız su axınının bu dəfə də oğlunu əlindən alacağı qorxusu filmin əsas süjet xəttini təşkil edir.
Film boyunca diqqəti çəkən və dramaturji baxımdan ən təsirli məqamlardan biri polislərin Fərhadı axtarmaq üçün evə basqın etdiyi səhnədir. Polislərin amansız sorğu-sualı qarşısında ananın nümayiş etdirdiyi mövqe kamil bir ana obrazının təmkinini ortaya qoyur. O, nə yalan danışır, nə də oğlunu dana-dana bəhanələr gətirir. O, sadəcə susur. Bu susqunluq acizlikdən deyil, mənəvi ucalıqdan doğan bir müqavimətdir:
"— Arvad, de görüm oğlun hardadır?"
"— De görüm sənin anan var? O heç sənin yerini deyərdi, oğul?"
"İntizar" filmi təkcə fərdi bir ailə dramı ilə hüdudlanmır, eyni zamanda dövrün sosial-iqtisadi eybəcərliklərini cəsarətlə ifşa edir. Kadrlarda əks olunan uşaq əməyinin istismarı, azyaşlıların ağır və təhlükəli işlərə cəlb edilməsi, bunun müqabilində isə onlara cüzi bir məbləğ ödənilməsi dövrün sosial ədalətsizliyinin bariz göstəricisidir. Digər tərəfdən, satılmayan neftin dənizə axıdılaraq suların çirkləndirilməsi, kütlələrin üsyan etməməsi üçün tətbiq edilən sərt tədbirlər, zamanın acınacaqlı mənzərəsini tamamlayır.
Filmin mənəvi yükünü artıran başqa bir xətt ananın Əli adlı yetim uşağa qucaq açmasıdır. Anası ölmüş, küçələrdə sahibsiz qalan Əlinin acınacaqlı taleyi tamaşaçıda haqlı və dərin bir sual doğurur: Bəs dövlət nədən ötrüdür? Kimə cavabdehdir? Küçələrdə səfil qalan, gələcəyi məhv olan bu yetim uşaqlara sahib çıxacaq bir hakimiyyət yoxdurmu?
Filmin finalına doğru isə bolşeviklərin gəlişi ilə hadisələrin düyünü çözülür, lakin bu dəyişiklik ananın gözlədiyi dincliyi gətirmir.
Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova