Seyran Səxavətin "80+20=?" kitabının təqdimatı keşirildi
Bu gün Ədalət Partiyasının qərərgahında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və yazıçı Seyran Səxavətin 80 illik yubileyi münasibəti ilə "80+20=?" kitabının təqdimatı keçirildi.
Tədbiri Ədalət Partiyasının sədri Mütəllim Rəhmli açıq elan etdi və sözü tədbirin aparıcısı, yazıçı-jurnalist
İradə Aytelə ötürdü. İradə xanım tədbir iştirakçılarını salamladıqdan sonra Seyran Səxavətin yaradıcılıq yolundan, Azərbaycan ədəbiyyatındakı xidmətlərindən və təqdim olunan kitab haqqında məlumat verdi.
224 səhifəlik kitab "Elm və Təhsil" nəşriyatında çap olunub. Kitab Tovuz Xeyriyyə Cəmiyyətinin Seyran Səxavətin 80 illik yubileyinə hədiyyə edilmişdir. Nəşrin redaktor-tərtibçisi yazıçı-jurnalist İradə Ayteldir. Kitabda Seyran Səxavətin müxtəlifillərdə qələmə aldığı poeziya nümunələri ilə yanaşı, onun yaradıcılığı və şəxsiyyəti haqqında tanınmış ədəbiyyat və sənət adamlarınınf fikirləri də yer alıb. Kitabın əvvəlində İsmayıl Şıxlı, Bəxtiar Vahabzadə, Xəlil Rza Ulutürk, Ramiz Rövşən, Qabil, Flora Kərimova, Aqil Abbas, Akif Səməd və digər ədəbiyat və sənət nümayəndələrinin Seyran Səxavət haqqında söylədikləri fikirlər təqdim olunub.
Tədbirin müəlliflə iştirakçılar arasında qarşılıqlı dialoqla davam edtgirilməsi maraqlı məqamlar ilə yadda qaldı.
Təqdimat mərasimi Seyran Səxavətin 80 illik yubileyinin qeyd olunması ilə yanaşı, onun zəngin yaradıcılıq irsinin oxuculara və ədəbi ictimaiyyətə bir daha təqdim olunmasına xidmət etdi.