EmpaTV - hiss edir, duyur, anlayır!
Dörd il əvvəl doğuldu...
Bəlkə də adi bir fikir kimi başladı. Bir sosial şəbəkə, bir ekran, bir kamera, bir neçə söz, bir neçə insan... Bəzi ideyalar var ki, onlar sadəcə yaranmır — məhz doğulur. Və doğulan hər şey kimi onların da bir ürəyi olur.
EmpaTV dörd il əvvəl yarandı. Yalnız gördüklərini danışmaq üçün yaranmadı. Çünki həyatda görmək asandır. İnsanların üzündəki təbəssümü hər kəs görə bilər. Amma o təbəssümün arxasındakı kədəri görmək üçün duymaq lazımdır.
EmpaTV bunu seçdi - hiss etdi!
Bir uşağın susmağındakı fəryadı, bir ananın gözündə gizlənən narahatlığı, bir atanın dilə gətirə bilmədiyi sözləri, bir insanın hamıdan gizlətdiyi ağrını hiss etdi.
EmpaTV duydu!
Cəmiyyətin səsini. Bəzən ucadan deyil, pıçıltıyla deyilən sözləri. Heç kimin eşitmədiyi sualları. Cavabsız qalan “niyə”ləri...
EmpaTV anladı!
Anladı ki, media yalnız xəbər, jurnalistika yalnız sual vermək deyil, kamera yalnız görüntünü yaddaşa köçürmür. Bəzən bir insanın səsini eşitdirməkdir, bir insanın cavab verməyə çətinlik çəkdiyi yerdə onun yanında dayanmaqdır.
Dörd il...
Bu, təqvimdə sadəcə bir dörd rəqəmdir. Amma EmpaTV üçün bu dörd ilin içində yüzlərlə fikir, söhbət, insan, hekayə, sevinc və bəzən də ağrı var.
Hər çəkiliş bir xatirəyə, hər müsahibə bir izə, hər söz bir düşüncəyə çevrildi. Zaman keçdikcə EmpaTV özü də dəyişdi. Çünki insanı anlayan media özü də insanlaşır.
Bəlkə də EmpaTV-nin ən böyük hekayəsi məhz budur:
O, insanlara sadəcə “baxmadı” - gördü.
Sadəcə “eşitmədi”- dinlədi.
Sadəcə “danışmadı”- sözün arxasındakı mənanı axtardı.
Dörd yaş — hələ yolun başlanğıcıdır. Qarşıda daha çox insan, daha çox hekayə, daha çox sual və daha çox cavab var.
Bu çox danışılıb, az eşidlən, çox görüb amma az anlayan dünyada EmpaTV – nin əqidəsi, məramı dəyişməyəcək:
EmpaTV - Hiss edəcək, duyacaq və anlayacaq!
Pərvanə Eyvazqızı