Kişi sözü

Kişi sözü


Azərbaycanın istənilən mədəniyyət sahəsində “kişilik” dəyərləri çox uca tutulub. 1987-ci ildə ekranlaşdırılan,ssenari müəllifi İsa Məlikzadə olan “Kişi sözü” filmi sözünün üzərində durmaq,dostluq, düz sözü sona qədər demək və ən önəmlisi açıq sözlü olmaq barəsində danışan,lakin içində təkcə bu məsələlərin olmadığı bir əfsanədir. Filmdən biz sevgini, həsrəti eyni zamanda mərdliyi də öyrənirik. Baş rol olan Qasım Nəbi adlı kəndçisinin qızına - Solmaza aşiq olduğu üçün onların qoyduğu şərtə əsasən oxumağa yollanır. Lakin qayıdanda Nəbi Solmazla Qasımı evləndirməyi qəbul etmir.
Qasım isə Nəbiyə qarşı cəbhə almağa başlayır və onu hər yerdə biyabr edir.
 “O vaxtki kişilər də sözündən dönmürdü” deyir Qasım.
 Bəs kişi hər zaman sözünü “tuta” bilər mi?
 Qasım anlayır ki, Solmazla itirdiyi vaxta heç bir zaman dəyməzdi.
Niyaz da Solmazla heç evlilikdən danışmamışdı. Halbuki Solmaz Qasıma:”Mən Niyazı qoyub, səni nə üçün seçməliyəm”? deyirdi. Niyaz isə sən demə gəldiyi kənddə neçə qıza ümid veribmiş.
Solmaz isə bundan çox sonra xəbər tutur. Niyazın isə nəinki mərdlikdən, heç kişilikdən xəbəri yox idi. Beləliklə, obrazlar sonda nəyə layiq idilərsə, onunla da üzləşirlər.
 İndi siz deyin, məsələ sadəcə kişilikdir mi?
Kişilik adı altında birləşdirilən yüksək kefiyyətlər qadınlara aid olan zaman qadınlar da kişi mi sayılır?



Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova

Top
×
Axtarış