Müstəqilliyin Xilası və Müasir Dövlətçiliyin Təməli: 3 Oktyabr 1993

Müstəqilliyin Xilası və Müasir Dövlətçiliyin Təməli: 3 Oktyabr 1993


3 oktyabr 1993-cü il tarixi Ümummilli Lider Heydər Əliyevin xalqın yekdil iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi, müasir dövlətçilik tariximizin xilas və dirçəliş günüdür. Həmin dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, vətəndaş müharibəsi təhlükəsi və xaos Ulu Öndərin hakimiyyətə gəlişi ilə öz yerini sabitliyə və inkişafa verdi. Heydər Əliyevin uzaqgörən rəhbərliyi sayəsində müstəqilliyimiz böhranlı sınaqlardan çıxarılaraq sarsılmaz və dönməz xarakter aldı. Dövlət təsisatlarının bərpası, ordu quruculuğunda atılan tarixi addımlar və atəşkəsin əldə olunması respublikamızın gələcək Zəfərlərinin möhkəm təməlini qoydu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın iqtisadi suverenliyi təmin edildi və ölkəmiz qlobal enerji xəritəsinin əvəzolunmaz parçasına çevrildi. Ulu Öndərin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ərazi bütövlüyümüzün və tam suverenliyimizin bərpası ilə öz məntiqi zirvəsinə çatmışdır. 3 Oktyabr seçkiləri xalqla lider arasında sarsılmaz birliyin və milli həmrəyliyin təməlini qoyan tarixi hadisə kimi yaddaşlara həkk olunub. Bu şanlı tarix Azərbaycanın xaosdan xilas olaraq regional liderə və qalib dövlətə çevrilmə yolunun başlanğıc nöqtəsidir. Ümummilli Liderin irsi və dövlətçilik idealları gələcək nəsillər üçün tükənməz vətənpərvərlik və idarəçilik məktəbidir. Biz gənclər də bu tarixi dönüş gününün mahiyyətini və Heydər Əliyev ideallarını ictimaiyyətə dürüst, təbii və aydın dildə çatdırmağı özümüzə borc bilirik.

Qədirli Aysu
Top
×
Axtarış