UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb

UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb


Azərbaycan millisi UEFA Millətlər Liqasında cari mövsüm ilk qələbəsini qazanıb.

EmpaTV-nin məlumatına görə Ayxan Abbasovun baş məşqçi olduğu komanda Bakıda Litvanı qəbul edib.

8-ci km stadionunda baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.

Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ikinci hissə başlayıb.

Fasilədən sonra Azərbaycan millisi hesabda öndədir - 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında ilk hissə başa çatıb.

Azərbaycan millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçında hesab açılıb.

Azərbaycan millisinin heyətində Abdulla Xaybulayev fərqlənib - 1:0.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

UEFA Millətlər Liqasının Azərbaycan - Litva matçına start verilib.

D liqasının 2-ci qrupunun oyunu 8-ci km stadionunda keçirilir.

Görüşün baş hakimi portuqaliyalı FIFA referisi Qustavo Korreyadır.

Xatırladaq ki, milli komanda hazırda qrupda 2 xalla 2-ci pillədə qərarlaşıb. Litva 4 xalla birinci, Lixtenşteyn isə 1 xalla sonuncudur.

Top
×
Axtarış