Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
EmpaTV “Qafqazinfo”-ya istinadən məlumat verir ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.
“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib.
Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.
Araşdırma zamanı müəyyənləşib ki, 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar edib. G.D. anasının 2024-cü ildə ölümündən sonra psixoloji pozuntu yaşayıb və uzun müddət müalicə alıb. Onun atası da psixoloji pozuntusu ilə əlaqədar 2-ci qrup əlildir.
O da bəlli olub ki, G.D. xalasının himayəsində yaşayıb.