Vəhşi instinkt : Tamah, xəyanət və qanla yazılan cinayət salnaməsi
Mənəvi aşınma və "vəhşi instinkt"in mahiyyəti
Kriminologiya tarixində elə cinayətlər var ki, onlar yalnız törədilmə amansızlığı ilə deyil, həm də insanın doğmalarına qarşı bəslədiyi xəyanətin dərinliyi ilə insanı dəhşətə gətirir. 1994–1995-ci illərdə Bakıda törədilmiş və istintaq orqanları tərəfindən böyük peşəkarlıqla üstü açılmış "Vəhşi instinkt" işi məhz belə dəhşətli cinayət zəncirlərindən biridir. Bəşər övladının mənəvi dəyərlərdən tamamilə uzaqlaşaraq ibtidai, vəhşi instinktlərə məğlub olması, acgözlük və maddi tamahın insanı necə bir qatilə çevirə biləcəyinin bariz nümunəsidir.
Qanlı Zəncir: Xronologiya və Məqsədli Qətllər
İstintaq materialları göstərir ki, cinayətkar qruplaşmasının əsas hərəkətverici qüvvəsi maddi tamah, mənzil mənimsəmə və şəxsi nəfsin təmin edilməsi olmuşdur. Əsmər Gözəlova, onun oğlu və eyni zamanda sevgilisi olan Elmir, eləcə də cinayət tərəfdaşı İbiş Sarıyev bir neçə ağır cinayəti planlı şəkildə həyata keçirmişdilər.
Katerina cinayəti – Qızıl və pul üçün amansızlıq:
Rusiya Federasiyasından gəlmiş Katerina adlı qadın kafedə tanışlıqdan sonra qrup üzvləri tərəfindən tələyə salınmışdır. İbiş Sarıyev qadının baş nahiyəsinə ağır zərbə endirərək onu huşsuzlaşdırmış, daha sonra boğaraq qətlə yetirmişdir . Qatillər qadının barmaqlarındakı qızıl üzükləri və qulaqlarındakı sırğaları amansızcasına çıxarıb götürmüş, cəsədi talan etmişdilər.
Belenovanın qətli və notariat saxtakarlığı:
Tənhalığından istifadə edilərək qətlə yetirilən digər bir qurban isə Belenova adlı kimsəsiz qadın olmuşdur. Cinayətkarlar yalnız insan həyatına son qoymaqla kifayətlənməmiş, onun mənzilini ələ keçirmək üçün məkrli plan qurmuşdular. Belenovanın pasportu və mənzil sənədləri götürülmüş, ona xarici görünüşcə bənzəyən başqa bir qadın notariat kontoruna aparılaraq mənzilin Əsmər Gözalovanın adına rəsmiləşdirilməsinə nail olunmuşdur.
Öz qardaşının qanı: Sabir Gözəlovun xaincəsinə öldürülməsi:
Cinayətkar şəbəkənin ən dəhşətli əməli isə Əsmər Gözəlovanın öz doğma qardaşı Sabir Gözəlova qarşı törətdiyi xəyanətdir. Əsmər mənzilə sahib olmaq və sevgilisi Elmir ilə maneəsiz yaşamaq məqsədilə qardaşını qətlə yetirməyi planlaşdırmışdı. Sabir evə çağırılmış, qapı ağzında Elmir və İbiş tərəfindən baş nahiyəsinə endirilən dəmir zərbələri ilə amansızcasına öldürülmüşdür. Qatillər cəsədi stadion yaxınlığındakı ərazidə basdırmışdılar.
İstintaqın Taktikası və Yalanın İflası
Cinayətkarlar öz əməllərini gizlətmək üçün Sabir Gözəlovun guya ABŞ-a və ya Rusiyaya köçdüyünü iddia edərək yaxınlarını və hüquq-mühafizə orqanlarını aldatmağa çalışırdılar. Lakin müstəntiq Fəxrəddin Məhəmmədov və istintaq qrupu yalanın izinə düşərək rəsmi sorğular vasitəsilə Sabirin ölkəni tərk etmədiyini sübuta yetirdilər.
İstintaq prosesində tətbiq olunan kriminalistik metodlar xüsusi əhəmiyyət kəsb edirdi:
Psixoloji portret və video-dindirmə: Dindirmələr zamanı videoçəkilişlərdən istifadə olunmuş, şübhəlilərin bədən dili, suallara verdiyi reaksiyalar və həyəcan siqnalları yenidən nəzərdən keçirilmişdir.
Kriminalistik təhlil: İfadələrdəki ziddiyyətlər və gizli psixoloji manevrlər açılaraq 11 ay davam edən axtarışlardan sonra 4 ağır qətlin üstü zəncirvari şəkildə açılmışdır.
Məhkəmə Hökmü
Bakı Şəhər Məhkəməsi işə baxaraq təqsirləndirilən şəxslərə o dövrün qanunvericiliyinə (Azərbaycan Respublikasının keçmiş Cinayət Məcəlləsinin 94-cü maddəsi – ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) əsasən maksimum cəza təyin etmişdir:
Əsmər Gözəlova – 15 il azadlıqdan məhrum etmə;
İbiş Sarıyev – 15 il azadlıqdan məhrum etmə;
Roman – 15 il azadlıqdan məhrum etmə ;
Elmir – 13 il azadlıqdan məhrum etmə.
(Qeyd: O dövrdə qanunvericilikdə ömürlük həbs cəzası olmadığı üçün 15 il müddətinə azadlıqdan məhrumetmə ən ağır cəza həddi idi.)
Müəllif Təhlili
Bu cinayət hadisəsi təkcə hüquqi baxımdan deyil, həm də kriminoloji və psixoloji cəhətdən dərin təhlil tələb edir:
1. "Familyar xəyanət" və kriminogen amillər: Cinayətin ən vahiməli tərəfi doğma bacının qardaş qanına girməsidir. Bu, cəmiyyətdə mənəvi aşınmanın və patoloji tamahkar psixologiyanın ən pik nöqtəsidir. İnsanın ailə bağlarını maddi mənfəətə qurban verməsi kriminologiyada sosial nəzarət mexanizmlərinin və mənəvi dəyərlərin tam çökməsi kimi dəyərləndirilir.
2. Notariat və sənədləşmə nəzarətinin vacibliyi: Belenovanın qətlindən sonra başqa bir qadının onun yerinə notariusa aparılması həmin dövrdə hüquqi nəzarət və kimliyin müəyyənləşdirilməsi sistemində olan ciddi boşluqları göstərir. Müasir kriminalistikada biometrik və rəqəmsal kimlik doğrulama sistemlərinin tətbiqi belə saxtakarlıqların qarşısını almaqda həyati əhəmiyyət daşıyır.
3. İstintaqda psixoloji ustalığın rolu: Müstəntiqin şübhəlinin psixologiyasını, təkəbbürünü və ya qorxularını doğru qiymətləndirməsi, video-lentlərin təkrar analizi nəticəsində gizli detalları üzə çıxarması göstərir ki, kriminalistika təkcə fiziki sübutlar yığmaq deyil, həm də insan ruhunun qaranlıq məqamlarını oxumaq sənətidir.
Qədirli Aysu