Zəfərin yazıldığı, tarixin dəyişdiyi gün
Xalqımızın yaddaşında elə günlər var ki, onları sadəcə təqvimdəki tarix kimi qeyd etmək mümkün deyil. O günlər zamanın yaddaşına həkk olunur, nəsildən-nəslə ötürülür, bir millətin kimliyinə, qüruruna və tarixinin ayrılmaz parçasına çevrilir.
8 Noyabr Azərbaycan xalqı üçün məhz belə bir gündür. Bu, yalnız hərbi qələbənin əldə edildiyi tarix deyil, həm də illərlə yarımçıq qalmış ədalətin bərpasına, milli qürurun yenidən yüksəlişinə və xalqın öz gücünə inamının təntənəsinə çevrilmiş bir gündür.
Bəzən bir xalqın taleyini dəyişmək üçün illər, bəzən isə bir an kifayət edir. Lakin həmin anın arxasında illərlə yığılan ağrı, həsrət, itkilər, səbir və mübarizə dayanır. Azərbaycan xalqının 30 ilə yaxın davam edən Qarabağ həsrəti də belə bir mübarizənin tarixidir.
Qarabağ bizim üçün sadəcə coğrafi ərazi, xəritədə göstərilən torpaq parçası deyildi. Qarabağ yaddaşımız, musiqimiz, muğamımız, tarixi abidələrimiz, ata-baba yurdumuz, yarımçıq qalmış arzularımız idi. Şuşa isə bu yaddaşın ən uca zirvəsi, mədəniyyətimizin beşiyi, ruhumuzun ünvanı idi.
İllər keçdi... Nəsillər dəyişdi, amma Qarabağ həsrəti dəyişmədi. Bir vaxtlar doğma yurdlarından didərgin düşən insanların gözlərindəki nisgil övladlarının, nəvələrinin yaddaşına köçdü. Bir evin açarı illərlə sandıqda saxlanıldı, bir ocağın tüstüsü həsrətə çevrildi, bir qapının açılacağı gün gözlənildi. İnsan yurdunu tərk edə bilər, amma o torpağın xatirəsi insanı heç vaxt tərk etmir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın bu uzunmüddətli gözləntisinin taleyini dəyişdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüz uğrunda mübarizəyə başladı. Bu müharibə yalnız silahların deyil, həm də iradənin, inamın, vətən sevgisinin sınağı idi.
Cəbhədə vuruşan hər bir əsgər, hər bir zabit öz çiynində təkcə silah deyil, bütöv bir xalqın ümidini və məsuliyyətini daşıyırdı. Onlar üçün Vətən anlayışı bir şüardan, bir çağırışdan ibarət deyildi. Vətən ananın duası, övladın gələcəyi, doğma evin qapısı, babanın məzarı, bayrağın dalğalandığı torpaq idi.
Bəziləri ilk dəfə ailəsindən uzaq düşürdü, bəziləri övladının üzünü görmədən cəbhəyə yollanmışdı. Kimi anasına qayıdacağına söz vermişdi, kimi sevgilisinə, kimi isə hələ dünyaya gəlməmiş övladına qovuşmaq arzusu ilə döyüşürdü. Onların hər biri öz taleyini Vətənin taleyi ilə birləşdirmişdi.
Müharibənin bir də görünməyən tərəfi var. O tərəfdə anaların intizarı, ataların susqunluğu, həyat yoldaşlarının göz yaşları, uşaqların qapıya dikilən baxışları dayanır. Hərbi əməliyyatların getdiyi bir vaxtda minlərlə evdə telefon zəngi gözlənilirdi. Hər zəng bir ümid, hər xəbər bir nəfəs idi. Bəzən isə bir qapının döyülməsi bütöv bir ailənin həyatını iki yerə bölürdü: əzizlərinin sağ olduğu günlərə və ondan sonrakı zamana...
Şəhidlik bu torpağın ən ağır, eyni zamanda ən müqəddəs həqiqətlərindən biridir. Şəhidlər Vətənin azadlığı uğrunda öz həyatlarını fəda etdilər. Onlar geri dönmədilər, amma adları tarixə, xatirələri xalqın qəlbinə yazıldı. Bu gün azad səmalarda dalğalanan bayrağımızın hər dalğasında onların payı, hər Zəfər sevincimizin içində onların əbədi xatirəsi var.
Qazilərimiz isə müharibənin izlərini öz talelərində daşıyan canlı tariximizdir. Kimisi bir qolunu, kimisi bir ayağını, kimisi sağlamlığını, kimisi isə ömrünün ən gözəl illərini Vətənə qurban verdi. Onların yaraları yalnız bədənlərində deyil, yaddaşlarında da yaşayır.
Zəfərimiz əbədi, şəhidlərimizin xatirəsi daim uca olsun!
Qarabağ Azərbaycandır!
Pərvanə Eyvazqızı