
" Mama qurban dəymə,özüm edəcəyəm "
Zəhra Zahidova
Klinik psixoloq
Klinik psixoloq
Empatv.az saytı klinik psixoloq Zəhra Zahidova ilə müsahibəsində ''Yetkinlik'' mövzusuna toxundu.
Bu məsələni müzakirə etdik.
Müsahibəni təqdim edirik:
1.Yetkinlik haqqında bizə nə deyə bilərsiniz?
Cavab:
Yetkinlik, yeniyetməlikdən fərqlənən bir dönəmdir. Artıq 18 yaşdan sonra hər bir şəxs özünün hüququ var ki, öz qərarlarını özü verə bilsin və eyni zamanda, bu şəxslər artıq ailədən ayrılmış formada bir fəaliyyət göstərir.
2.Yetkin insan necə olmalıdır?
Cavab:
Yetkin insan öz ayaqları üzərində durmağı bacara bilən, eyni zamanda, valideyinlərinin ona bu şəraiti yaratmasıdır. Bu insan öz ayaqları üzərində dura bilsin, öz etdiyi yalnışlardan doğru nəticə çıxara bilsin. Çünki, biz valideyinlərimizin məhsuluyuq. Valideyinlər bizi 18 yaşına qədər idarə edir, o yolu bizə verir və daha sonra deyir ki, al idarə et.