"Artıq torpaqları işğalda olmayan bir ölkədə prezident seçkiləri keçiriləcək" - Tural İsmayılov


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Politoloq Tural İsmayılov  bildirib ki, növbədənkənar prezident seçkilərinin tarixi əhəmiyyəti olacaq.Çünki torpaqları işğalda olmayan bir ölkədə prezident seçkiləri keçiriləcək.

O qeyd edib ki, bu seçkilər ərazi bütövlüyümüz və suverenliyimizin təsbiti deməkdir:

"Azərbaycan artıq qalib tərəf kimi regionda yeni şərtlər yaradıb və yeni şərtləri diqtə edən tərəfdir. Əlbəttə ki, qalib gələn tərəf kimi diqtə yaradan Azərbaycan növbədənkənar prezident seçkilərinə də qalib tərəf kimi gedir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra növbədənkənar prezident seçkilərinə gedilir. Cənab prezident İlham Əliyev 2018-ci il seçkilərində də qarşısında duran əsas hədəfləri elan etmişdi və prezident seçildikdən sonra çox gərgin və hssas dönəmdə, pandemiyanın dünyanı cənginə aldığı vaxtda Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad etdi. Daha sonra 2023-cü ildə Azərbaycan lokal antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdi. Artıq həm ölkədə, həm regionda yeni reallıqlar yaranıb. Müstəqil Azərbaycanın tarixində ilk dəfə belə seçkilər keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu seçkilər ərazi bütövlüyümüz və suverenliyimizin təsbiti deməkdir. Torpaqları işğalda olmayan bir ölkədə prezident seçkiləri keçirilir. Prezident seçkiləri 2025-ci ildə olacaqdı,amma dediyim kimi artıq bu qələbədən sonra yeni reallıqlar formalaşıb. Bu reallıqların fonunda Azərbaycanın idarəetmə modeli ilə bağlı islahatlar həyata keçirilir. Dövlətimizin böyük hədəfləri var və bu konteksdə növbədənkənar prezident seçkilərinin tarixi əhəmiyyəti olacaq".

Top