
Süveyş kanalında konteyner gəmisi körpüyə çırpılıb
Misir Süveyş kanalından keçərkən sıradan çıxan və kanaldakı körpüyə çırpılan konteyner gəmisinin təmir olunaraq yoluna davam etdiyini açıqlayıb.
EmpaTV.az xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının rəhbəri Usamə Rabi Süveyş kanalında qəzaya uğrayan və körpüyə çırpılan konteyner gəmisi və kanalın son durumu ilə bağlı açıqlama verib.
Süveyş Kanalı İdarəsi qruplarının ONE ORPHEUS adlı zədələnmiş yük gəmisini təmir etdiyini qeyd edən Rabi, Sinqapurdan Hollandiyaya gedən gəminin normal marşrutu ilə davam etdiyini bildirdi.
Rabi əvvəlki açıqlamasında, kanalın şərq hissəsindəki El-Mensi körpüsünə çırpılan 46 metr eni, 336 metr uzunluğunda və 101 min ton yük daşıyan konteyner gəmisini dartmaq üçün 4 yedək gəmisi ilə xilasetmə işlərinin davam etdiyini bildirmişdi. .
Misir rəsmisi həmçinin qeyd edib ki, sözügedən qəzaya görə Süveyş kanalında dəniz nəqliyyatında heç bir aksama yoxdur.