
Bu üsul gənc cütlüklərin xoşuna gələcək! Bəy və gəlin pul xərcləmədən evləndilər
İngiltərədə Ceyk və Natali adlı cütlük dəbdəbəli mərasim əvəzinə sadə bir toyla evləniblər.
EmpaTV.az xəbər verir ki, İngiltərədə yaşayan Ceyk Riçardson (32) və Natali (31) çox aşağı büdcə ilə evləniblər. Sadə toya üstünlük verən cütlük toya 1560 funt sterlinq xərcləyib.
Gəlinliyinə 900 funt sterlinq ödəyən Natali dikdaban ayaqqabılar yerinə ağ idman ayaqqabısı seçərək xərcləri xeyli azaldıb. Gənc cütlük toyda yedikləri yeməyin pulunu qonaqlara ödətməyi də unutmayıb.
Ceyk Riçardson: "Bizim dəbdəbəli toya pulumuz yox idi. Ev almaq üçün pul yığıb toyu ilk tanış olduğumuz məkanda keçirməyə qərar verdik. Peşəkar fotoqraf və ənənəvi toy bəzəkləri ilə cəmi 1560 funt sterlinq xərclədik. Bu, Böyük Britaniyada orta toy xərclərinin onda biri qədərdir" deyib.

