
Dublin və Ramallah şəhərləri "qardaş şəhərlər" oldu
İrlandiyanın paytaxtı Dublin və Fələstinin Ramallahı "dostluq müqaviləsi" çərçivəsində qardaşlaşmış şəhərlər olub.
EmpaTV.az xəbər verir ki, Irish Times qəzetində çıxan xəbərə görə, Dublin Bələdiyyə Başçısı Daithi de Roiste və Ramallah Bələdiyyə Başçısı İsa Kassisin imzaladığı "dostluq müqaviləsi" ilə Dublin və Ramallah şəhərləri "qardaş şəhərlər" elan edilib.
İordan çayının qərb sahilinin mərkəzində yerləşən Ramallah şəhəri San Xose, Liverpul, Barselona və Pekindən sonra Dublinin 5-ci qardaş şəhəri olub.
Dublin Bələdiyyəsi İrlandiya Xarici İşlər Nazirliyinin də dostluq sazişinin yaradılmasını dəstəklədiyini bildirib.
İrlandiyada Dublin Şəhər Şurası dekabrın 5-də Qəzza xalqı ilə həmrəy olaraq Fələstin bayrağının qaldırılması təklifini yekdilliklə qəbul edib.