
İsrail Qəzzada 17000-dən çox insanı öldürüb
İsrailin oktyabrın 7-dən bu yana hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı son iki gündə artıb.
EmpaTV.az xəbər verir ki, ölənlərin sayı 930 nəfər artaraq 17177 nəfərə çatıb.
Bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında açıqlama verib.
Kudra son iki gündə İsrailin hücumlarında 930 fələstinlinin həyatını itirdiyini, son 24 saatda isə 350 ölü və 900 yaralının xəstəxanalara göndərildiyini bildirib.
Fələstin rəsmisi, İsrail qüvvələrinin qəsdən təcili yardım maşınlarını və mülki müdafiə qruplarını hədəfə aldığına diqqət çəkib.
İsrail qüvvələrinin hələ də Şifa Xəstəxanasının baş direktoru Muhammed Abu Silmiyye başda olmaqla 36 tibb işçisini nəzarətdə saxladığını qeyd edən Kudra, Əl-Ehli Baptist Xəstəxanasının səhiyyə xidməti göstərə bilməyəcəyini də ifadə etdi.