Hizbullah İsrailin 3 hərbi məntəqəsinə hücum edib

Hizbullah İsrailin 3 hərbi məntəqəsinə hücum edib


Livandakı Hizbullah Hərəkatı İsrailin 3 hərbi məntəqəsinə hücum təşkil etdiyini açıqlayıb.

EmpaTV.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbər yayıb. 

Məlumata əsasən, İsrail ordusu Livanın sərhəd bölgəsində yerləşən Kunin qəsəbəsində bəzi nöqtələrə intensiv hava hücumu həyata keçirib.

Hücum zamanı bir institutda təhsil alan tələbələrin şüşə qırıqlarının vurması nəticəsində yüngül xəsarət aldığı qeyd edilib.

Livan mediasında yayımlanan görüntülərdə İsrailin hücumu səbəbiylə Kunin qəsəbəsində böyük partlayışın baş verdiyi görünür.

İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 8-dən bu yana gedən qarşıdurmalarda 90 Hizbullah üzvü, 1 Livan əsgəri və 6 İsrail əsgəri ölüb. 

Toqquşmalar həmçinin Livanda 3-ü uşaq və 3-ü jurnalist olmaqla 23 mülki şəxsin, İsraildə isə 4 mülki şəxsin ölümünə səbəb olub.

Top