Tokayev Ermənistana səfər edəcək

Tokayev Ermənistana səfər edəcək


Ermənistanın baş naziri Nikol Paşinyan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan-Qazaxıstan münasibətlərinin gündəliyinə aid məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin daha inkişaf etdirilməsi ilə bağlı müzakirələr edilib.

Bildirilir ki, N.Paşinyan Tokayevi Ermənistana rəsmi səfərə dəvət edib. Qazaxıstan Prezidenti də dəvəti qəbul edib.

Top