
İlahinin möcüzəsi: Elektrikli ilanbalığı ötürdüyü cərəyanla...
Yaponiyanın Naqoya Universitetinin alimləri müəyyən ediblər ki, elektrik ilanbalığı müxtəlif genlərin kiçik balıq sürfələrinə ötürülməsinə səbəb olmaq üçün kifayət qədər cərəyan ötürə bilir.
Universitetdən verilən məlumata görə, professor Eiichi Hondonun rəhbərliyi ilə aparılan araşdırmalar, ilanbalığının istehsal etdiyi elektrikin genetik materialların canlıların hüceyrələrinə keçməsinə səbəb ola biləcəyini üzə çıxarıb.
Tədqiqat laboratoriyada zebrabalığı sürfələri və elektrikli ilanbalıqlarının mühitinə DNT daşıyan yaşıl flüoresan zülal (GFP) əlavə edilərək aparılıb. İlanbalığı elektrik cərəyanına məruz qaldıqdan sonra mikroskop altında tədqiq edilən sürfələrin təxminən 5 faizində GFP müsbət hüceyrələr tapılıb.
Bu yolla laboratoriya mühitində hüceyrə membranının keçiriciliyini artırmaqla hüceyrəyə yad DNT-nin daxil olmasını təmin etmək üçün elektrik cərəyanının tətbiqi mənasını verən "elektroporasiya"nın təbiətdə özbaşına baş verdiyi müşahidə edilib.