Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb

Hacıqabulda 18 yaşlı gənci avtomobil vuraraq öldürüb


Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

EmpaTV-nin Aran bürosunun məlumatına görə, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Top