
Ülviyyə Əliyevaya ağır itki
Aktrisa Ülviyyə Əliyevaya ağır itki üz verib.
EmpaTV-nin əldə etdiyi məlumat görə, sənətçinin anası Zemfira Məmmədəliyeva 79 yaşında dünyasını dəyişib. Uzun müddətdir xərçəngdən əziyyət çəkən Z.Məmmədəliyeva bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Məlumatı Kukla Teatrından təsdiqləyiblər.
Qeyd edək ki, Zemfira Məmmədəliyeva Azərbaycanın ilk qadın təyyarə bələdçisi olub. Ü.Əliyeva açıqlamalarında bildirib ki, Z.Məmmədəliyeva onun bibisidir. Uşaq yaşlarında anası onu övladlığa verib.
"Bioloji anam Bəsti, böyüdən isə Zemfira xanımdır. Məni dünyaya gətirib, kirayə verib. Doğma atama dayı deyirəm. Anam məni bibimə övladlığa verib. Onun yeganə uşağı mən oldum" deyə, aktrisa açıqlamalarında söyləyib.