11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür


1837-ci ildə eyniadlı moda evinin əsasını qoyan Tyerri Hermesin beşinci nəsil varisi olan Nikolas Pueç 11 milyard dollarlıq sərvətini vəsiyyət etmək üçün atmaq istədiyi addımla gündəm olub.O , bunun üçün 51 yaşlı bağbanını övladlığa götürmək qərarına gəlib. Bu barədə İsveçrənin "Tribune de Genève" nəşri məlumat yayıb. Belə ki, Pueçin öz uşaqları və həyat yoldaşı yoxdur. 2011-ci ildəki vəsiyyətinə görə, onun sərvəti İsokrat Xeyriyyə Fonduna köçürülməli idi.

Nəşrin jurnalistlərinin fikrincə, şirkətin təxminən 5-6%-nə sahib olan Pueç mərakeşli ailədən olan keçmiş bağbanı özünün qanuni oğlu və rəsmi varisi kimi tanımaq istəyir.

O, bunu rəsmiləşdirmək üçün artıq hüquqşünaslar qrupunu işə götürüb. Çünki bu məsələdə bir çox çətinliklər var: məsələn, qanuna görə, yetkin bir insanı övladlığa götürmək çox çətindir. Lakin bildirilib ki, Pueç artıq gələcək varisə ümumi dəyəri 5,9 milyon dollar olan Mərakeşdəki daşınmaz əmlakın, eləcə də Montrödəki (İsveçrə) villalarının açarlarını təhvil verib.

Qeyd edək ki, Pueç 2014-cü ildə "Hermes"in LVMH tərəfindən ələ keçirilməsindən və ailəsinin digər üzvlərinin təzyiqindən sonra şirkətin müşahidə şurasını tərk edib, lakin öz payını saxlaya bilib.

Top