
Millimizin kapitanı efirdə mərhum anasından danışıb ağladı
Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə təsirli anları ilə hər kəsi kövrəldib.
İTV-də idman verilişində qonaq olan Sevinc Cəfərzadə futbola gəlməsi ilə bağlı hekayəni danışarkən kövrəlib.
O idmana gəlməyinə görə mərhum anasına minnətdarlığını bildirib.
Xatırladaq ki, S.Cəfərzadə Lənkəranın Veravul kəndindəndir.