Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri saxlanıldı

Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri saxlanıldı


İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Kərimov Teymur polis əməkdaşları tərəfindən saxlanılıb. 

EmpaTV-nin əldə etdiyi məlumata görə, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə
maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır. 

Məlumatı redaksiyamıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.

Top